RegionMedia
 Valyuta məzənnəsi

Uşaqlarda xroniki qəbizlik - SİMPTOMLARI və MÜALİCƏSİ

Tarix:16-10-2020, 10:57

Uşaqlarda xroniki qəbizlik - SİMPTOMLARI və MÜALİCƏSİUşaqlarda qəbizlik - çox geniş yayılmış, uşağın qarın nahiyəsində ağrılara səbəb olan, bir sıra fəsadlara gətirən (fiziki inkişafın ləngiməsi, düz bağırsağın çatı, hemorroy, yoğun bağırsağın genişlənməsi, şişi və s.) problemdir.

Bəs hansı vəziyyətdə uşaqda yaranan problemə qəbizlik demək olar? Və hansı səbəblərdən qəbizlik yarana bilər? Gəlin aydınlaşdıraq.

Qəbizlik nədir?

- Uşağın defekasiyasının (böyük bayıra çıxması) tezliyi yaşına uyğun normadan aşağı olması

- Defekasiya zamanı gücənmə, yaxud bayıra çıxmaq üçün işlədici preparatların qəbulu

- Bağırsağın natamam boşalma hissi,

- Quru, bərk nəcisin xaric olunması.

Əgər bu simptomların ən azı ikisi minimum üç ay müddətində müşahidə olunursa, deməli, uşağınızda xroniki qəbizlik sindromu var.

Defekasiyanın yaş normativləri:

0-4 ay - gündə 1-7 dəfə

4 ay - 2 yaş - gündə 1-3 dəfə

2 yaşdan böyük - gündə 2 dəfədən iki gündə 1 dəfəyə qədər

Qəbizliyin əsas yaranma səbəbləri:

1) Rasionda bitki liflərin və suyun miqdarının az olması ilə qeyri-rasional qidalanma,

2) Antibiotiklərin qəbulu nəticəsində disbakretiozun yaranması

3) Qida allergiyası

4) Qurd-parazit xəstəlikləri

5) Mədə-bağırsaq xəstəlikləri zamanı yaranan ferment defisiti

6) Yoğun bağırsağın anadangəlmə inkişaf qüsurları (dolixosiqma, meqakolon, Hirşprung xəstəliyi) və sairə.

Qəbizliyi necə müalicə etmək lazımdır?

Qəbizlik - diaqnoz deyil, hər hansı bir səbəbdən yaranan sindromdur. Müalicənin effektivliyi üçün qəbizliyi yaradan səbəbi aşkar edib, aradan qaldırmaq lazımdır.

Xroniki qəbizliyin müalicə prinsipləri:

1) Rasionda lifli meyvə-tərəvəzlərin (qara gavalı, əncir, alma, mandarin, apelsin, kələm, yerkökü, köbələk, çuğundur, pomidor, xiyar və s.) bol olması.

2) Qəbul olunan mayenin miqdarının artırılması. Gün ərzində qəbulan olunan suyun miqdarı uşağın yaşından asılı olaraq 1,1-2 litr təşkil etməlidir.

3) Bir sıra ərzaqların və meyvələrin rasiondan çıxarılması (əzgil, nar, heyva, zoğal, un məmulatları, düyü və sairə)

4) Fiziki aktivliyin artırılması. Müalicəvi idman, massaj, gimnastika, üzgüçülük, piyada gəzinti xroniki gəbizliyin müalicəsinin ayrılmaz hissəsidir.

Əgər uşağınızda qəbizlik müşahidə olunursa, mütləq həkimə müraciət edib, müayinədən keçmək məsləhətdir.

Şəhla Rüstəmova, həkim

Lent.az

Oxunub: 15



XƏBƏR LENTİ
Rəsmi Bakıdan Qarabağdakı erməni vətəndaşlarımıza MÜRACİƏT - "...hərbi obyektlərdən kənar durmağa çağırırıq"
Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur - Birinci vitse-prezident Mehriban Əliyeva
Abdolbari Goozal iqtisadi sabotajla məşğuldur - İTTİHAM
Sahil Babayevin nəzər-diqqətinə... - GİLEY
Ağstafada icra hakimiyyəti nəyə lazımdır? - "Dəfələrlə şikayət etsəm də..."
Bakıda 38 yaşlı kişi binadan yıxılaraq ölüb
Co Bayden ABŞ-a rəqib və təhlükə hesab etdiyi ölkələrin adını çəkdi
Bakıda 129 məktəb şəhidlərimizin adını daşıyır
"Azərbaycan Ordusu 3 günə cəbhə xəttini yara bilib" - ÇOX AZ QALIB...
«RabitaBank» da çətin durumdadır... - maliyyə göstəricilərində ciddi geriləmə
Müştərilər "Express Bank"dan pullarını çəkməyə davam edir – Nə baş verir?
Azərbaycan ordusunun işğaldan azad etdiyi 154 məntəqə interaktiv xəritədə - VİDEO
Cocuq Mərcanlıda kəndarası yolların təmirinə başlanılacaq
Bakı sakinini bıçaqla qətlə yetirən şəxs yaxalandı
Dahi şair, mənzum dramaturgiyanın banisi Hüseyn Cavidin doğum günüdür
“Müharibə Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişdirəcək və Azərbaycan aparıcı rol oynayacaq” - MÜSAHİBƏ
Azərbaycanın iki böyük şirkəti ordumuza dəstək üçün birləşdi
“Qarabağın məşhur müəllimləri” - Süleyman Sani Axundov
“Qarabağ Azərbaycandır!” mövzusunda zərflər dövriyyəyə buraxılır