RegionMedia
 Valyuta məzənnəsi

"Səfər Mehdiyevin adamları hər kəsə "racon" kəsir" - NARAZILIQ!

Tarix:23-12-2020, 10:00

"Səfər Mehdiyevin adamları hər kəsə "racon" kəsir" - NARAZILIQ!
Cənab Səfər Mehdiyev!

Mobil Gömrük Bölməsində qanunsuzluğa, soyğunçuluğa, dərəbəyliyə, “xırs quldurbasanlığa”, Nazirlər Kabinetinin qərarlarına qarşı hörmətsizliyə son qoyun!

Noyabrın 30-dan Covid diaqnozuna tutulmamla bağlı xəbərdarlıq aldım, şübhəsiz ki, həmin andan evə qapandım və dekabrın 14-dək ölkə səhiyyəsinin etinasızlığı, amma dəyərli dost həkimlərimizin tövsiyyələri ilə ev şəraitində müalicə aldım, sağaldım. Bu müddət ərzində hələ ötən sentyabr ayından “online” sifariş etdiyim avtomobil dekabrın 3-də Bakı gömrüyünə gəlib çatdı. Məlum xəstəlik səbəbınə görə avtomobili vaxtında götürmək imkanım olmadı. Dekabrın 15-də rəsmən sağalmış olsam da, olduqca zəif və yorğun durumda Mobil Gömrük Bölməsinə (Meyvəli Bazarının yanında) müraciət etdim. Həmin gün idövlət qurumu sayılan komitənin məndə yaratdığı ilkin təəssürat isə ölduqca üzücü oldu. Təəssüf ki, bəzi avtomobil tacirləri ilə qurum əməkdaşları arasında formalaşdırılmış bu dözülməz, dövlət qurumu adına adekvat olmayan həmin durumda, nəinki keçmiş Covid xəstəsi, sağlam birisi üçün də “respirator problem” yaşana bilərdi. Xülasə uyğunluq sertifikatını aldıqdan sonra qiymətləndirmə adlanan "əsas" bölməyə keçdim.

Bölmədəki “müavinlər”,”mütəxəssislər” qısa söhbətdən sonra avtomobilin dəyərinin 9500 ABŞ dolları, gömrük rüsumunun da ona uyğun olaraq 8700 manat civarında olduğunu iddia etdilər. Avtomobilimin alınması xüsusunda əsas qiymət sənədimin –“ invois”un isə mənasız olduğu qənaətini irəli sürdülər. Təsadüfən həmin zaman kəsiyində bölməyə Sənan adlı rəisləri də gəldi. Sanki güzəşt edəcəklər kimi, avtomobilimin dəyərinin 8500 ABŞ dolları olması ilə bağlı razılığa gəldilər və mənə hətta minnət duyğusu da nümayiş etdirdilər.

Təsəvvür edirsiniz, 5590 ABŞ dollarına aldığım, əlimdə bununla bağlı müvafiq Azərbaycan Bankına ödəmə qəbzimin də olduğu halal avtomobilimin qanuni dövlət gömrük rüsumunu ödəmək üçün də hər hansı etirazım və ya narazılığım olmadığı halda, ölkəmin “gömrük müşavirlərinin” havadan, ya qeybdən oxuduqları rəqəmi ödəmək məcburiyyətində buraxılmışdım. Sənan rəis isə olduqca qeyri-etik tərzdə bu məbləği qəbul etməyəcəyim halda maşını gömrükdən buraxmayacaqlarını, etirazımla bağlı DGK-ya müraciət etməyimi və şübhəsiz ki, bu prosedurdan ötrü də müəyyən zaman tələb olunduğunu bildirdi.

Təsəvvür edin, mən, hələ minimum bir ay da müalicə olunmam, soyuqdan qorunmamın vacibliyi haqda həkimlərin israrlarını, eləcə də ən azı iki həftə avtomobilimin gömrüyün parkingində, qarın- yağışın altında qalmasını göz önünə alaraq ani qərara verməli oldum . Xülasə “xeyirxah” gömrükçülər avtomobilimi 8000 ABŞ dolları məbləğində qiymətləndirdikdən sonra mən qanuni ödəməli olduğum 7360 manat əvəzinə 8306 manat dövlət rusumu ödəməli oldum.

Dövlət qurumu rəsmi ödəmə sənədinə etina etmədən, yalnız öz mülahizəsi əsasında məndən 940 manat “oğurlamışdır”. Bu isə dövlətimiz və dövlətçiliyimiz adına utanc gətirəcək acı reallıq idi. Təəssüf ki, Mobil Bölmədəki dərəbəylik bununla xülasələnmədi. Avtomobilimi tərxis edib, dövlət nömrə nişanını taxıb ərazini tərk edərkən , bu dəfə “parking soyğununa” məruz qaldıq. Mən xəstəliyim xüsusunda müvafuq tibbi arayışı təqdim etdim ki, avtomobilimin 12 gün ərzində parkingdə qalması ilə bağlı ödəniş zamanı nəzərə alınsın. Çünki, mənim evdən çıxmamam xüsusunda qərar öz iradəm əsasında deyil, hökumətin müvafiq qərarı ilə müəyyən edilmişdir. Və Nazirlər Kabinetinin üzvü olan digər dövlət qurumu üçün bu halın mütləq nəzərə alınacağını düşünmüşdüm. Amma görünür yanılmışdım.

Sanki bu Avtonəqliyyat terminalında da Azərbaycan Respublikası qanunları məkana görə öz qüvvəsini itirmişdi. Bu əsnada məlum oldu ki, parking hansısa özəl müəssisəyə icarəyə verilib. Təxminən yarım saat ərzində Nazirlər Kabinetinin qərarlarına qarşı etinasızlıq müşahidə olunan mənzərəni izlədikdən sonra, yenə sağlıq durumumla əlaqədar, təkcə parking haqqı olaraq 170 manat (№00385473) ödəyib növbəti “Ərəbzəngini” də arxada buraxdım. Amma mənə təqdim edilən qəbzdə ödədiyim məbləğ əks edilməmiş, yalnız giriş və çıxış tarixləri göstərilmişdi.

Niyə? Niyə məbləğ gizlədilməlidir? Halbuki avtomobil parkingə daxil olduğu an 50 Azn, növbəti günlər üçün 10 Azn parking haqqı tətbiq edilir. Necə ki, mən də eyni qaydada ödəməli oldum. Elə isə bu məbləğ qəbzdə niyə əks edilmir? Bu soyğunçuluq hansı meyarlar əsasında həyata keçirilir? Dövlət Komitəsinin parkinqi hansı şərtlərlə, hansı zərurətlə özəl quruma icarəyə verilib? Suallar çoxdur cənab Səfər Mehdiyev! Və düşünürəm ki, bu suallara cavab vermək üçün əsas səlahiyyət sahibi də məhz sizsiniz. Elə isə bir vətəndaş olaraq sizdən yuxarıdakı suallara cavab, eləcə də pozulmuş hüquqlarımın bərpası - dəymiş ziyanın ödənilməsi üçün tərəfinizdən adekvat addımların həyata keçirilməsini xahiş və tələb edirəm.

( Ötən həftə bu müraciəti DKG sədri S.Mehdiyevin elektron ünvanına göndərdim. Bir həftə ərzində hətta müraciətin alınması xüsusunda cavab almadığım üçün sosial şəbəkə hesabımdan təkrar müraciət etməli oldum)

Rüfət Muradlı //terefr.az//
Oxunub: 16



XƏBƏR LENTİ