RegionMedia
 Valyuta məzənnəsi

Millət Vətən Savaşında... Əhmədzadənin müavini mal-mülk peşində... - İLGİNC FAKT

Tarix:4-12-2020, 10:58

Millət Vətən Savaşında... Əhmədzadənin müavini mal-mülk peşində... - İLGİNC FAKT


“Şəhidlər Vətən uğrunda canlarından keçəndə, məsələn Füzuli rayonundan Rafiq Aslanov adlı bir su təsərrüfatı məmuru (Əhməd Əhmədzadənin müavini) bahalı avtomobil kolleksiyasına sahib olan oğluna Londonda 350 min funt sterlinqə (800 min manat) rezidensiya almışdır”.

PİA.az xəbər verir ki, bu sözləri jurnalist Cavanşir Həsənli Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov haqqında deyib.

Araşdırmaçı jurnalistin sözlərinə görə, bu məmur döyüşlər gedən gündə oğluna Londonda 2-ci mənzili alıb:

“Əslən Füzuli rayonundandır, azad olunmuş ərazilərimizdə yeni büdcə layihələrinə “dişlərini itiləyib”. Füzulidən olduğunu ona görə xüsusi qeyd edirəm ki, oktyabrın 12-də – müharibənin qanlı-qadalı günlərində, Füzuli uğrunda ağır döyüşlərdə şəhidlər verdiyimiz günlərdə, bir ata iki şəhid oğlunun məzarını qucaqlayıb çırpınanda həmin məmur oğluna Londonda mənzil alırdı. Dəyəri 1 milyon manata yaxın, həm də ikincisini…”

Millət Vətən Savaşında... Əhmədzadənin müavini mal-mülk peşində... - İLGİNC FAKT
Millət Vətən Savaşında... Əhmədzadənin müavini mal-mülk peşində... - İLGİNC FAKT
Millət Vətən Savaşında... Əhmədzadənin müavini mal-mülk peşində... - İLGİNC FAKT
Millət Vətən Savaşında... Əhmədzadənin müavini mal-mülk peşində... - İLGİNC FAKT
Oxunub: 25



XƏBƏR LENTİ