RegionMedia
 Valyuta məzənnəsi

Klan savaşında taym-aut: - “Paşinyan qorxur ki, Rusiya çevriliş edər”

Tarix:10-09-2020, 10:59

Klan savaşında taym-aut: - “Paşinyan qorxur ki, Rusiya çevriliş edər”Ermənistanın Baş naziri Nikol Paşinyanın eks-prezident Robert Köçəryana münasibətində yumşalma müşahidə olunur.

Əvvəl Köçəryana qarşı qisasçılıq hissi nümayiş etdirən və heç bir güzəştə getməyən Baş nazir son zamanlar təzyiqləri xeyli azaldıb. Bu proses Köçəryanın zaminə buraxılması ilə başladı. Artıq onun məhkəmə prosesi də bir necə dəfədir ki, təxirə salınır.

Hətta Köçəryanın müxalifət partiyaları ilə görüşüb yenidən siyasi blok yaratmaq cəhdinə maneə törədilmir. Halbuki Rusiya Prezidenti Vladimir Putinin R.Köçəryanı azadlığa buraxmaq xahişini dəfələrlə yerə salması Paşinyanın Kremllə münasibətlərində ciddi gərginliyin yaranmasının əsas səbəblərindən biri olub.

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Paşinyanın Köçəryana güzəştə getməsi onun Rusiya qarşısında mövqelərinin zəifləməsi ilə bağlıdır.

"Ermənistanda inqilabdan sonra Baş nazir Nikol Paşinyan əsas hədəfi "Qarabağ klanı"na qarşı siyasi repressiyaya başladı. Çünki onun hakimiyyəti üçün həqiqətən "Qarabağ klanı" birbaşa təhdid idi. Həmçinin o Robert Köçəryan və Sej Sarkisyan tandeminə qarşı 2008-ci ildə baş vermiş 1 mart hadisələrində şəxsinə qarşı olan münasibətin bir revanşı idi. Çünki o, həmin il Ermənistanda prezident seçkilərinin nəticələrinə etirazın təşkilatçısı kimi təqib olunaraq həbs edilmişdi. Bundan əlavə Baş nazir Nikol Paşinyan Soros fondu tərəfindən maliyyələşdiyi üçün əsas sifariş Ermənistanda Rusiyanın dayaqlarını zəiflətmək idi. Bu üç prinsipə görə Paşinyan "Qarabağ klanı"n üzərinə getdi. Rusiyanın bu ölkədə əsas fiquru Robert Köçəryanı həbsə göndərdi. Çünki R.Köçəryan "Qarabağ klanı"n xaç atasıdır və onun həbsi işğal olunmuş ərazilərdə və Ermənistanda bu klanın birləşməsinin qarşısını almaq məqsədi daşıyırdı. Robert Köçəryanın həbsinə dərhal Rusiyadan reaksiyalar gəldi. Rusiya prezidenti Vladimir Putinin israrlı tələblərinə baxmayaraq, Paşinyan Robert Köçəryanın azadlığa buraxılmasına imkan vermirdi. Məhz bir il yarımda müəyyən qədər Paşinyan çalışırdı ki, Rusiya ilə məsafəli dayansın. Amma koronavirusun iqtisadiyyata vurduğu zərbə və sosial problemlər, həmçinin Qarabağ məsələsi ətrafında situasiya Paşinyanın Putinin təzyiqləri qarşısında mövqelərini zəiflətdi. Robert Köçəryanın həbsdən azad edilməsi birbaşa Moskva tərəfindən edilən təzyiqin nəticəsidir. Hazırda Köçəryanın ölkənin iqtisadi və siyasi vəziyyətinə görə açıqlamalar verməsi və təşkilatlanmasının şahidi oluruq. Köçəryan yenidən "Qarabağ klanı"nı öz bayrağı altında birləşdirməyə cəhd edir. Paşinyanın buna dözümlü dayanması əsasən, qarşıdan gələn soyuq qış fonunda Rusiyadan qazın qiymətinə endirimlər etmək niyyəti ilə bağlıdır. Həmçinin bu ilin aprel ayından sonra Qarabağ məsələsində artıq Paşinyan Moskva ilə uzlaşma əldə edib. Hazırkı mərhələdə Rusiya artıq Ermənistanda yeni siyasi gedişata təsir edir. Ona görə də Paşinyan Köçəryan qarşısında geri çəkilməli olub. Robert Köçəryanın xalqın dəstəyini alıb hakimiyyətə gəlməsi mümkün deyil.

Ermənistan xalqı "Qarabağ klanı"nı qəbul etmək istəmir. Onlar üçün Paşinyan Köçəryandan daha məqbuldur. Bu tendensiyalardan Paşinyan əmindir. Baş nazir qorxur ki, Köçəryan Rusiyanın dəstəyi ilə hərbi çevriliş edə bilər. Onun narahatlığı buradandır. Sivil yolla hakimiyyət mübarizəsində Köçəryan üçün bu şans yoxdur. Həm də Paşinyan iki il ərzində Köçəryanı həbsdə saxlamaqla onun Ermənistan cəmiyyətindəki nüfuzunu sındırdı. Bunu Köçəryan da yaxşı bilir. İndi revanş hissi Köçəryandadır və məqam gözləyir. Rusiya da bu prosesdə katalizator olacaq. Hesab edirəm mi, Köçəryan qrupunun hakimiyyətə gəlməsi ölkədə yeni inqilab dalğasının baş verməsi ilə nəticələnə bilər. Paşinyan hazırkı mərhələdə "Qarabağ klanı"nın üzərində psixoloji və siyasi qələbə əldə edib".

Oxunub: 18



XƏBƏR LENTİ