RegionMedia
 Valyuta məzənnəsi

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını azaltdı

Tarix:19-02-2020, 13:30

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını azaltdıÖtən ay Gürcüstan 10 868,1 min ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.

“Regionmedia.az”in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Yanvarda elektrik enerjisi qonşu ölkənin ümumi idxalında 1,8% paya sahib olub. İllik müqayisədə Gürcüstan elektrik enerjisinin idxalını 20,6% artırıb.

Qeyd edək ki, ötən ay Gürcüstan Azərbaycandan 77,455 milyon kilovatt/saat elektrik enerjisi tədarük edib ki, bu da illik müqayisədə 2,28 dəfə azdır.

Oxunub: 58



XƏBƏR LENTİ