RegionMedia
 Valyuta məzənnəsi

“Siyəzənneft” işçiləri ixtisara salır? - NARAZILIQ!

Tarix:14-12-2020, 11:32

“Siyəzənneft” işçiləri ixtisara salır? - NARAZILIQ!
“Siyəzənneft” Neft Qaz Çıxarma İdarəsinin bir qrup əməkdaşı işini itirə bilər. Artıq 200-dən çox işçiyə bildiriş təqdim edilib.

Regionmedia.az-ın məlumatına görə, adlarının açıqlanmasını istəməyən işçilər deyiblər ki, səbəb kimi imtahandan az bal toplamaları göstərilib.

İşçilərdən birinin sözlərinə görə, himayəsində iki azyaşlı uşağı, astma xəstəsi olan anası var. İş tapa biləcəyinə ümidi yoxdur: “Guya hamı imtahanda az bal toplayıb. Birincisi, illərlə eyni sahədə işləyənlərdən soruşulan sualları mühəndislər belə cavablandırmaqda çətinlik çəkirlər. İmtahanlar yalnız ixtisarlar üçün bəhanə rolunu oynayır. Bir yandan da, koronavirus pandemiyası, iş yerləri bağlanır. Rayonda iş yoxdur, ailəmizi necə dolandıracağıq?”.
Oxunub: 43



XƏBƏR LENTİ