RegionMedia
 Valyuta məzənnəsi

Misin qiyməti ucuzlaşır

Tarix:8-12-2020, 14:00

Misin qiyməti ucuzlaşır
Dünyada koronavirus pandemiyası üzündən iqtisadiyyatın gələcəyinə dair narahatlıqlar artarkən misin qiymətləri də iki gündür azalır.

Regionmedia.az” xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 9.45-də “Comex” birjasında misin mart fyüçersləri 0,3 faiz ucuzlaşaraq bir funtu (454 qram) 3,4975 ABŞ dollarından satılıb.

Dünən London Metal Birjasında (LME) misin mart fyüçersinin bir tonu 0,65 faiz ucuzlaşaraq 7 710 dollardan, alüminiumun 1,32 faiz ucuzlaşaraq 2.017 dollardan, sinkin də 1,32 faiz ucuzlaşaraq 2 017 dollardan satılıb.

Bazar iştirakçılarının koronavirusa yoluxmaların artmasından narahatrlığı ilə yanaşı, müəyyən əks-təsirin də olduğu bildirilir. Belə ki, bu həftəyədək mis 10 gün dalbadal bahalaşaraq qiyməti 6 faizdən çox artıb. Bunun səbəbi yeni koronavirus dərmanının dövriyyəyə buraxılacağı ilə bağlı nikbin əhval-ruhiyyə olub.
Oxunub: 87



XƏBƏR LENTİ