RegionMedia
 Valyuta məzənnəsi

Gürcüstanda əsas ərzaq məhsulları bahalaşıb

Tarix:2-10-2020, 11:00

Gürcüstanda əsas ərzaq məhsulları bahalaşıbSentyabrda Gürcüstanda istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,7% artıb, illik inflyasiya isə 3,8% təşkil edib.

Regionmedia.az in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ay ərzaq və alkoqolsuz içkilər qrupunda qiymətlər 0,5% artıb. Süd, pendir və yumurta 2,6%, qənd, cem, bal, şokolad və qənnadı məmulatları 1,2%, meyvə və üzüm 0,6%, tərəvəz isə 0,6% bahalaşıb.

Geyim və ayaqqabıların qiymətində 2,4% artım olub.

İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymətində 6,3%, alkoqollu içkilər və tütünün qiymətində isə 8,9% artım qeydə alınıb. Sağlamlıq sahəsində ambulator xidmətlər 12%, tibbi məhsullar və avadanlıqlar isə 9,4% bahalaşıb.

Oxunub: 27



XƏBƏR LENTİ