RegionMedia
 Valyuta məzənnəsi

Azərbaycan və Qazaxıstan nazirləri OPEC+ razılaşmasını müzakirə ediblər

Tarix:28-08-2020, 13:31

Azərbaycan və Qazaxıstan nazirləri OPEC+ razılaşmasını müzakirə ediblərBu gün Azərbaycan və Qazaxıstanın energetika nazirləri Pərviz Şahbazov ilə Nurlan Noğayev arasında iki ölkənin hökumətlərarası komissiyasının növbəti iclasına hazırlıq məsələləri videokonfrans formatında müzakirə olunub.

Regionmedia.az” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, tərəflər koronavirus pandemiyası ilə bağlı növbəti iclası oktyabr ayında viedokonfrans formatında keçirmək barədə razılığa gəliblər.

Bununla yanaşı, iki ölkənin OPEC+ formatında hasilatın ixtisarına dair əldə olunmuş razılaşmanın icrası ilə bağlı məsələlər də müzakirə edilib.

“OPEC+ formatının iştirakçıları tərəfindən atılan addımlar nəticəsində hazırda neft qiymətlərində müsbət dinamika var” – Qazaxıstan Enerji Nazirliyindən bildirilib.

Oxunub: 35



XƏBƏR LENTİ