RegionMedia
 Valyuta məzənnəsi

"KapitalBank" vətəndaşın puluna göz dikib? - GİLEY

Tarix:23-07-2020, 11:55

"KapitalBank" vətəndaşın puluna göz dikib? - GİLEYBakı sakini Elvin Rüstəmov "KapitalBank"dan narazılıq edir. Regionmedia.az bildirir ki, vətəndaş öz fikirlərini sosial şəbəkədə paylaşaraq haqsızlıqla üz-üzə qaldığını bildirib.Regionmedia.az olaraq Elvin Rüstəmovun yazdıqlarını təqdim edirik: "Deməli, dünən (srağagün -red.) gecə kartıma baxdım, hər şey normal idi. Amma günorta saat 1-də (denən -red.) gördüm ki, Kapital Bank növbəti fırıldaqlığa əl atıb - balansım 402 manat mənfiyə gedib. Normalda 25.89 olmalıdır, amma 402 manat tutulub. Bayaxdan operatorla danışıram, dirəşib ki, kartda 400 ola-ola 800 çəkmisən. Mən də dedim ki, elə olsa, hamı özünə lazım olan qədər pul çıxarar kartdan".
Vətəndaşın iddia etdikləri ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq...

Oxunub: 36



XƏBƏR LENTİ