RegionMedia
 Valyuta məzənnəsi

“Liverpul”un çempionluğu ləğv oluna bilər

Tarix:1-03-2020, 14:00

“Liverpul”un çempionluğu ləğv oluna bilərİngiltərə Premyer Liqasının bu mövsümü koronavirus təhlükəsinə görə yarımçıq qala bilər.

Çempionat rəsmiləri Böyük Britaniyada bütün idman tədbirlərinin yaxın iki ay ərzində təxirə salınması versiyası əsasında fikir mübadiləsi aparırlar. Belə olan halda əsas iki versiya üzərində mübahisələr davam edir: ötən 27 turun nəticələrini ləğv etmək və ya onların əsasında qalibi müəyyənləşdirmək.

Bu, həm ölkə çempionunu müəyyənləşdirmək, həm də Çempionlar Liqası və Avroliqaya yollanacaq komandaları təyin etmək üçün lazımdır. Bu qərardan komandalara ödəniləcək böyük məbləğlər də asılıdır.

Beləliklə, hazırda “Liverpul”un çempionluğu sual altındadır. Qərarın yaxın vaxtlarda veriləcəyi gözlənilir.

Oxunub: 44



XƏBƏR LENTİ