RegionMedia
 Valyuta məzənnəsi

"Dinamo" Avropa Liqasında, "Leyptsiq" 1/8 finala vəsiqə qazandı

Tarix:9-12-2020, 12:00

"Dinamo" Avropa Liqasında, "Leyptsiq" 1/8 finala vəsiqə qazandı
UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda daha 5 oyun keçirilib.

"Regionmedia.az"in məlumatına görə, H qrupunda Almaniyada İngiltərənin "Mançester Yunayted" klubuna 3:2 hesabı ilə qalib gələn "Leyptsiq" 1/8 final mərhələsinə yüksəlib. Bu qrupun digər Fransa PSJ-si ilə Türkiyə "Başaşkşehir"i arasında keçirilən digər matçı isə irqçilik səbəbindən yarımçıq dayandırılıb.

G qrupunda İtaliya "Yuventus"u İspaniyada "Barselona"nı 3 cavabsız qolla məğlub edib. Ukraynanın "Dinamo" (Kiyev) komandası isə evdə Macarıstan "Ferentsvaroş"una 1:0 hesabı ilə qalib gələrək, Avropa Liqasının 1/16 final mərhələsində iştirak hüququ qazanıb.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

E qrupu

00:00. "Renn" (Fransa) - "Sevilya" (İspaniya) - 1:3

Qollar: Corcinyo Ratter, 86 - Jül Kunde, 32, Yussef En-Neseri, 45+2, 81

00:00. "Çelsi" (İngiltərə) - "Krasnodar" (Rusiya) - 1:1

Qollar: Jorjinyo, 27 (penalti) - Remi Kabella, 24

Xal durumu: "Çelsi" - 14, "Sevilya" - 13, "Krasnodar" - 5, "Renn" - 1.

F qrupu

21:55. "Latsio" (İtaliya) - "Brügge" (Belçika) - 2:2

Qollar: Xoakin Korrea, 12, Çiro İmmobile, 27 (penalti) - Rüd Vormer, 15, Hans Vanaken, 76

Qırmızı vərəqə: Eduard Sobol, 39 (Brügge)

21:55. "Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya) - 1:2

Qollar: Sebastian Druissi, 16 - Lukaş Pişşek, 68, Aksel Vitsel, 79

Xal durumu: "Borusssiya" D - 13, "Latsio" - 10, "Brügge" - 8, "Zenit" - 1.

G qrupu

00:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Ferentsvaroş" (Macarıstan) - 1:0

Qol: Denis Popov, 60

00:00. "Barselona" (İspaniya) - "Yuventus" (İtaliya) - 0:3

Qollar: Kriştianu Ronaldu, 13 (penalti), 52 (penalti), Ueston Makkenni, 20

Xal durumu: "Yuventus" - 15, "Barselona" - 15, "Dinamo" (Kiyev) - 4, "Ferentsvaroş" - 1.

H qrupu

00:00. PSJ (Fransa) - "Başakşehir" (Türkiyə) - 0:0 (DAYANDIRILIB)

00:00. "Leyptsiq" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə) - 3:2

Qollar: Anxelinyo, 2, Amadu Haydara, 13, Castin Klyuvert, 69 - Brunu Fernandeş, 80 (penalti), Pol Poqba, 82

Xal durumu: "Leyptsiq" - 12, PSJ - 9, "Mançester Yunayted" - 9, "Başakşehir" - 3.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Çelsi", "Mançester Siti" və "Liverpul", İspaniyanın "Sevilya" və "Barselona", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İtaliyanın "Yuventus" və "Latsio", Portuqaliyanın "Portu" klubları 1/8 finala vəsiqə qazanıblar.
Oxunub: 79



XƏBƏR LENTİ