RegionMedia
 Valyuta məzənnəsi

DÇ-2002-nin ilk qolunun müəllifi vəfat etdi

Tarix:30-11-2020, 10:00

DÇ-2002-nin ilk qolunun müəllifi vəfat etdi
Seneqal milli komandasının sabiq futbolçusu Papa Buba Diop 42 yaşında vəfat edib.

"Regionmedia.az" xəbər verir ki, buna uzun sürən xəstəlik səbəb olub.

Keçmiş yarımmüdafiəçi Avropada Fransanın "Lans", İngiltərənin "Fulhem" və "Portsmut" kimi komandalarının formasını geyinib. O, yığmada 63 oyuna 11 qol vurub. Millidə isə Diop DÇ-2002-də 3 dəfə fərqlənib. Həmin qollardan biri açılış matçında dünya çempionu Fransa ilə qarşılaşmaya təsadüf edib - 1:0. Seneqal yığması debüt etdiyi mundialda 1/4 finaladək irəliləyib. Komandanın qarşısını əlavə vaxtda İlhan Mansızın qolu ilə Türkiyə kəsib - 0:1.

Diop habelə 4 dəfə Afrika Millətlər Kubokunda iştirak edib və bunlardan birində - 2002-ci ildə gümüş medal qazanıb.
Oxunub: 97



XƏBƏR LENTİ