RegionMedia
 Valyuta məzənnəsi

Yoldaşlıq görüşləri: Fransa və İtaliyadan darmadağın, Türkiyədən heç-heçə

Tarix:8-10-2020, 09:30

Yoldaşlıq görüşləri: Fransa və İtaliyadan darmadağın, Türkiyədən heç-heçə
Bir sıra ölkələrin futbol üzrə milli komandaları yoldaşlıq görüşləri keçiriblər.

"Regionmedia.az"in məlumatına görə, 2021-ci ildə Bakıda keçiriləcək Avropa çempionatının A qrupunda mübarizə aparacaq Türkiyə millisi Almaniyanın qonağı olub. Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. İlk yarıda cəmi bir qol vurulub. 45+1-ci dəqiqədə Yulian Draksler qonaqları hesabda önə çıxarıb. 50-ci dəqiqədə Ozan Tufan hesabda tarazlıq yaradıb. 58-ci dəqiqədə Florian Noyhaus yenidən hesabı Bundestimin xeyrinə dəyişib. Lakin bu dəfə Efecan Karaca 67-ci dəqiqədə bərabərlik qolunu vurub. 81-ci dəqiqədə Canluka Valdşmidtin qoluna isə 90+4-cü dəqiqədə Kenan Karaman cavab verib.

AVRO-2020-də Türkiyənin rəqiblərindən olan İtaliya Moldovanı darmadağın edib - 6:0. Qolları 19-cu dəqiqədə Brayan Kristiante, 23-cü dəqiqədə Françesko Kaputo, 30-cu və 45+1-ci dəqiqələrdə Stefan əl-Şaaravi, 38-ci dəqiqədə Vyaçeslav Posmak (öz qapısına) və 72-ci dəqiqədə Domeniko Berardi vurub.

Günün maraqla gözlənilən qarşılaşmasında Portuqaliya və İspaniya komandaları üz-üzə gəlib. Görüş qolsuz yekunlaşıb.

Son dünya çempionu Fransa isə heyətindəлш bir neçə oyunçuda koronavirus aşkarlanmış Ukraynanı darmadağın edib - 7:1. Qalib komandadan qolları 9-cu dəqiqədə Eduardo Kamavinqa, 24-cü və 34-cü dəqiqələrdə Olivye Jiru, 39-cu dəqiqədə Vitali Mikolenko (öz qapısına), 65-ci dəqiqədə Korentin Tolisso, 82-ci dəqiqədə Kilian Mbappe və 89-cu dəqiqədə Antuan Qrizmann vurub. Ukraynadan isə 53-cü dəqiqədə Viktor Tsıqankov fərqlənib.

Yoldaşlıq görüşləri:

20:00. Kipr - Çexiya - 1:2

20:00. Monteneqro - Latviya - 1:1

20:00. Danimarka - Farer adaları - 4:0

22:15. Lüksemburq - Lixtenşteyn - 1:2

22:30. Avstriya - Yunanıstan - 2:1

22:45. Almaniya - Türkiyə - 3:3

22:45. İtaliya - Moldova - 6:0

22:45. Niderland - Meksika - 0:1

22:45. Polşa - Finlandiya- 5:1

22:45. Portuqaliya - İspaniya - 0:0

22:45. Sloveniya - San Marino - 4:0

22:45. İsveçrə - Xorvatiya - 1:2

23:00. Fransa - Ukrayna - 7:1

Oxunub: 16



XƏBƏR LENTİ
Rəsmi Bakıdan Qarabağdakı erməni vətəndaşlarımıza MÜRACİƏT - "...hərbi obyektlərdən kənar durmağa çağırırıq"
Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur - Birinci vitse-prezident Mehriban Əliyeva
Abdolbari Goozal iqtisadi sabotajla məşğuldur - İTTİHAM
Sahil Babayevin nəzər-diqqətinə... - GİLEY
Ağstafada icra hakimiyyəti nəyə lazımdır? - "Dəfələrlə şikayət etsəm də..."
Bakıda 38 yaşlı kişi binadan yıxılaraq ölüb
Co Bayden ABŞ-a rəqib və təhlükə hesab etdiyi ölkələrin adını çəkdi
Bakıda 129 məktəb şəhidlərimizin adını daşıyır
"Azərbaycan Ordusu 3 günə cəbhə xəttini yara bilib" - ÇOX AZ QALIB...
«RabitaBank» da çətin durumdadır... - maliyyə göstəricilərində ciddi geriləmə
Müştərilər "Express Bank"dan pullarını çəkməyə davam edir – Nə baş verir?
Azərbaycan ordusunun işğaldan azad etdiyi 154 məntəqə interaktiv xəritədə - VİDEO
Cocuq Mərcanlıda kəndarası yolların təmirinə başlanılacaq
Bakı sakinini bıçaqla qətlə yetirən şəxs yaxalandı
Dahi şair, mənzum dramaturgiyanın banisi Hüseyn Cavidin doğum günüdür
“Müharibə Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişdirəcək və Azərbaycan aparıcı rol oynayacaq” - MÜSAHİBƏ
Azərbaycanın iki böyük şirkəti ordumuza dəstək üçün birləşdi
“Qarabağın məşhur müəllimləri” - Süleyman Sani Axundov
“Qarabağ Azərbaycandır!” mövzusunda zərflər dövriyyəyə buraxılır