RegionMedia
 Valyuta məzənnəsi

Kafe və restoranların daxilində xidmət göstərilməsinə icazə verildi

Tarix:8-09-2020, 12:21

Kafe və restoranların daxilində xidmət göstərilməsinə icazə verildi
Bu gündən ölkə ərazisində müştərilərə kafe və restoranların daxilində xidmət göstərmək mümkün olacaq.

Regionmedia.az”ın məlumatına görə, xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVID-19) infeksiyasının yayılması məhdudlaşdırılıb, yoluxma hallarının sayında azalmaya nail olunub.

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, müvafiq karantin qaydalarına riayət olunmaqla və Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq ictimai iaşə obyektləri saat 00:00-a qədər daxildə xidmət göstərə bilərlər.

Qeyd edək ki, avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılıb və yumşalmalar təmin edilib.

Oxunub: 17



XƏBƏR LENTİ