RegionMedia
 Valyuta məzənnəsi

"Qalatasaray"ın sabiq hücumçusu 44 yaşında karyerasını bərpa etdi

Tarix:3-09-2020, 13:00

"Qalatasaray"ın sabiq hücumçusu 44 yaşında karyerasını bərpa etdi
Türkiyə millisinin və "Qalatasaray"ın sabiq oyunçusu Ümit Karan yenidən futbol qayıdıb.

"Regionmedia.az" "Sabah" nəşrinə istinadən xəbər verir ki, 44 yaşlı veteran hücumçu həvəskarlar liqasında çıxış edən "Vefaspor"la anlaşıb.

O, yeni komandasında oynayan məşqçi olacaq.

2001-2009-cu illərdə "Qalatasaray"ın formasını geyinmiş Ü.Karan məşqçilik karyerası ərzində "Malatyaspor" və "Şkupi" (Şimali Makedoniya) klublarında işləyib.

Qeyd edək ki, "Qalatasaray" "Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibidir. Bu komandalar arasında oyun sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq.

Oxunub: 20



XƏBƏR LENTİ