RegionMedia
 Valyuta məzənnəsi

Abşeronda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət aldı

Tarix:30-11-2020, 12:00

Abşeronda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət aldı
Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Regionmedia.az"in məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Yolu keçən 1984-cü il təvəllüdlü Hüseynova Nigar Böyükxan qızını minik avtomobili vurub. Ağır bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Oxunub: 39



XƏBƏR LENTİ