RegionMedia
 Valyuta məzənnəsi

Bakıda avtomobillə vurulan piyada ağır xəsarət aldı

Tarix:27-11-2020, 10:02

[img=left]http://Regionmedia.az/uploads/posts/2020-11/1606438536_98c53e14-f197-4ba8-85f4-febe8079fa6e_850.jpg[/img]Bu gecə paytaxt Bakıda ağır yol qəzası baş verib.

Regionmedia.az” xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Dövlət Yol Polis İdarəsinə məxsus ekologiya postu yaxınlığında qeydə alınıb.

Yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Əsgərov Elcan Xəyyam oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi xəstəxanaya çatdırılıb.

Ona, qapalı kəllə-beyin travması, bud sümüyünün sınığı və bədənin çoxsaylı kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 49



XƏBƏR LENTİ