RegionMedia
 Valyuta məzənnəsi

Meksikada avtomobil partlayıb, ölənlər var

Tarix:17-11-2020, 11:31

Meksikada avtomobil partlayıb, ölənlər var
Meksikanın qərbindəki Nayarit ştatında, magistral yolda benzin daşıyan avtomobilin partlaması nəticəsində 12 nəfər həlak olub.

Regionmedia.az” xəbər verir ki, bu barədə regional prokurorluq özünün “Twitter”dəki səhifəsində yazıb.

Məlumata görə, hadisə Tepik şəhəri ilə Xalisko ştatının paytaxtı Qvadalaxara arasındakı yolda baş verib.

“On iki nəfərin ölümü təsdiqlənib, 1 nəfər xəsarət alıb”, - regionun prokurorluğundan bildirilib.

Qeyd edək ki, bəzi KİV-lər hadisə zamanı 13 nəfərin həlak olduğunu xəbər veriblər. Partlayış zamanı 3 avtomobil tamamilə sıradan çıxıb.

İlkin məlumata görə, hadisəyə sürücünün idarəetməsi səbəb olub. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və partlayıb.
Oxunub: 23



XƏBƏR LENTİ