RegionMedia
 Valyuta məzənnəsi

Azərbaycanlı reper qəza keçirtdi - 3 nəfər yaralandı

Tarix:23-09-2020, 18:00

Azərbaycanlı reper qəza keçirtdi - 3 nəfər yaralandı
Elley ləqəbi ilə Rusiyada məşhurlaşan azərbaycanlı reper Elmin Quliyev avtomobil qəzası keçirib.

Regionmedia.az xəbər verir ki, musiqiçinin idarə etdiyi "Infiniti" markalı avtomobil başqa bir maşınla toqquşub. Elminin idarə etdiyi maşın yoldan çıxaraq səkidəki sərnişinləri vurub.

Yolla gedən qadınlardan biri isə ayağının yarısını itirib. Moskvanın mərkəzində baş verən qəzada 3 nəfər ağır xəsarət alıb. Onlardan ikisi səki ilə gedən kişi və qadın, biri isə repçinin yanında oturan xanım olub. Onun yanındakı xanım isə TikTok-da məşhur olan Aldareva adlı qız olub. Aldareva tez-tez reperlə görüntülərini izləyiciləri ilə bölüşüb.

Qəzaya səbəb Elmin olub, o işıqforda qırmızı işıqdan keçməyə çalışıb. Repçi isə günahkar olduğunu inkar edib. O bildirib ki, qırmızı işıq sönəndə avtomobil hərəkət edib.

Qeyd edək ki, bu repçinin ilk avtomobil qəzası deyil. Üç il ərzində o, dördüncü avtomobil qəzasını edir.

Oxunub: 23



XƏBƏR LENTİ