RegionMedia
 Valyuta məzənnəsi

Tural Şakiroğlu: Azərbaycanı bütün hədəflərinə çatdıran Lider

Tarix:29-10-2023, 21:01

Tural Şakiroğlu: Azərbaycanı bütün hədəflərinə çatdıran Lider

Tural Şakiroğlu
"Şakir MTK"-nın rəhbəri


2003-cü ilin 15 oktyabr tarixindən, yəni cənab İlham Əliyevin birinci müddətə Prezident seçilməsindən 20 il ötür. 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edən Ulu Öndər Heydər Əliyev namizədliyini geri götürərək xalqı siyasi varisi, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırdı.

Ulu Öndər Azərbaycan xalqına tarixi müraciətində İlham Əliyev haqqında danışarkən onu yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olaraq təqdim etmiş və xalqımızı əmin etmişdir ki, İlham Əliyev Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. Ulu Öndər həmin müraciətdə həmçinin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri İlham Əliyevin başa çatdıracağına əminliyinə də ifadə etmişdi.

Nəticədə prezident İlham Əliyevin seçkilərdə 76,8 faiz səs toplaması xalqın öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verməsinin ən bariz göstəricisi oldu. Xalq İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi.
Tural Şakiroğlu: Azərbaycanı bütün hədəflərinə çatdıran Lider

Əlbəttə ki, bu inam Ulu Öndərin siyasi varisi İlham Əliyevin üzərinə böyük məsuliyyət qoyurdu. Hələ prezident seçkiləri ərəfəsində - 2003-cü il avqustun 15-də prezidentliyə namizəd, Baş nazir İlham Əliyev ABŞ-ın Assoşieyted Press agentliyinin müxbirinə müsahibəsində demişdi: “Ölkəmizin əksər vətəndaşları üçün də ən başlıcası indiki siyasətin davam etdirilməsi, indiki vəziyyətin qorunub saxlanmasıdır. Əgər bu gün məni bunun üçün lazımlı adam hesab edirlərsə, bu məsuliyyəti üzərimə götürməyə hazıram”.

Bu əminliyin arxasında Heydər Əliyev məktəbinin verdiyi güc, siyasi səriştə, möhkəm iradə və xalqın Ümummilli Liderin siyasətinə olan inamı dayanırdı.
Sonrakı dövr tam olaraq sübut etdi ki, xalq 2003-cü ilin 15 oktyabrında öz seçimində yanılmayıb. Belə ki, Prezident İlham Əliyev iyirmi illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb, və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü və nəhayət süvernliyimizi bərpa edilib.

Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulamağa ehtiyac var. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir.
Tural Şakiroğlu: Azərbaycanı bütün hədəflərinə çatdıran Lider

Ümumiyyətlə prezident İlham Əliyevin 20 illik fəaliyyəti haqqında danışarkən cənab prezidentin bütün fəaliyyəti dövründə insan amilini dövlət siyasətinin mütləq prioriteti kimi qəbul etməsini də qeyd etmək lazımdır. Çünki 2003-cü ildən etibarən Prezident İlham Əliyevin apardığı sosial siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısının iqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi istiqamətində atdığı ardıcıl və effektiv addımlar bunu bir daha təsdiqləyir. Sosial siyasət Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasətin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Azərbaycanı bütün sahələrdə inkişafa aparan prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin zirvəsi isə Qarabağımızın işğaldan azad olunması və keçirilmiş anti-terror tədbiri nəticəsində süverenliyimizin bərpa olunmasıdır. Məhz cənab prezidentin uzaqgörən siyasəti nəticəsində görülən işlər Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Çünki bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi, ərazi bütövlüyümüzün bərpası. Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində qarşıya qoyulan bu hədəf də Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyü və suverenliynə qovuşdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.
Tural Şakiroğlu: Azərbaycanı bütün hədəflərinə çatdıran Lider

Tural Şakiroğlu
"Şakir MTK"-nın rəhbəri
Oxunub: 33



XƏBƏR LENTİ