Hörmətli və dəyərli saytımızın izləyiciləri. Bu gün sizlərə gözəl bir xanım, mehriban, səmimi, daima Şəhid və qazi ailələrinin yanında olan, onların dərdlərinə şərik olan Vətənpərvər yazar - şairə Manya Səxavətqızından qısaca da olsa söhbət açacayıq.Şəhidlərimizə həsr olunan 8 (ümumilikdə isə 10) kitabın müəllifi olan Manya Səxavətqızının təqdim etdiyi sonuncu layihəsi "VƏTƏN FƏDAİLƏRİ" layihəsidir. Layihənin iki cildi "VƏTƏN FƏDAİLƏRİ - "NAXÇIVAN ŞƏHİDLƏRİ " və "VƏTƏN FƏDAİLƏRİ - İMİŞLİ ŞƏHİDLƏRİ " kitablarının təqdimatı Müdafiə Nazirliyinin dəstəyi ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilib.
Eyni zamanda "VƏTƏN FƏDAİLƏRİ" layihəsi çərçivəsində "ŞAHMARIN EŞQ ƏSƏRİ" və "QEYRƏT TƏCƏSSÜMÜ" adlı kitabları da ərsəyə gətirərək şəhid ömürlərini tarixə yazıb.
Müəllifin kitablarla yanaşı şeir və məqalələrini də bir çox qəzet, jurnal və saytlarda da tez-tez oxuyuruq. Manya xanım Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bununla yanaşı "SİMURQ 2021", "DÜNYA QADIN", "QIZIL QƏLƏM", "ALTIN PALMİYE-YILIN ŞAİRESİ" və. s. mükafatlara da layiq görülüb.
P.S.Məndə "Qanunyolutv.az" saytının rəhbəri olaraq Vətənpərvər xanım Manya Səxavətqızına bu xeyirxah yolda daima uğurlar, yeni-yeni nailiyyətlər arzulayıram.
"Qanunyolutv.az"
Oxunub: 167