RegionMedia
 Valyuta məzənnəsi

Fransada koronavirusa qarşı medalyon yaradılıb

Tarix:21-12-2020, 11:00

Fransada koronavirusa qarşı medalyon yaradılıb

Fransalı alimlər havada koronavirusların 93,5 faizə qədərini məhv edə biləcək bir cihaz yaradıblar. O, medalyona bənzəyir və boyuna taxılır.

Bu barədə “Le Parisien” qəzeti xəbər verir.

İvelin departamentində yerləşən şirkət, əvvəlcə malyariyaya qarşı cihazların hazırlanmasında ixtisaslaşmışdı. Alimlər malyariya ağcaqanadlarının insanın qoxu molekullarına doğru uçduğunu öyrəniblər. Mütəxəssislər xüsusi cihaz yaratdılar, onun vasitəsilə şəxsin ətrafında elektrik sahəsi əmələ gəlir. Onun təsiri ilə molekullar yerə düşür. Buna görə ağcaqanadlar qoxu ilə qurbanını tapa bilmir və məkanda orientasiyalarını itirirdilər.

Şirkət məhz bu tərtibatı koronavirusla mübarizə aparmaq üçün modernləşdirdi. Cihaza ozonizator və adı gizli saxlanılan müəyyən bir mineral əlavə edildi.

Yenilik artıq Parisdə Paster İnstitutu tərəfindən təsdiqlənib.

Orada bir təcrübə aparılıb - cihaz çox sayda koronavirus olan qapalı otağa yerləşdirilib. Onun 10 dəqiqə ərzində virusların 94-faizini məhv etdiyi görünüb.

Medalyonun qiyməti 79 avro (təqribən 163 manat) olacaq. Batareyası tək şarjla 20 saat işləyir. Hazırda şirkət gündə 400 ədəd cihaz istehsal edir.
Oxunub: 39



XƏBƏR LENTİ