RegionMedia
 Valyuta məzənnəsi

Yaşı 65-dən çox olan şəxslərə evdən çıxmamaq tövsiyə olunur

Tarix:19-10-2020, 12:31

Yaşı 65-dən çox olan şəxslərə evdən çıxmamaq tövsiyə olunurSon günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

"Regionmedia.az" xəbər verir ki, bu barədə oktyabrın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qərara əsasən, bu gündən yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir.

Oxunub: 20



XƏBƏR LENTİ