RegionMedia
 Valyuta məzənnəsi

İlham Əliyev: "Bizdə heç bir əcnəbi muzdlu yoxdur"

Tarix:16-10-2020, 13:59

İlham Əliyev: "Bizdə heç bir əcnəbi muzdlu yoxdur"Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur. Bizim orduda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün malik olduğumuz silahlı dəstələr onların qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir.

"Regionmedia.az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, erməni hərbi texnikasının məhv edilməsi kadrları internetdə əlçatandır:

"Əlbəttə, heç bir muzdlunun bu dərəcədə ixtisası və belə texniki imkanları yoxdur. Biz təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv etmişik. Buraya bizim malik olduğumuz başqa vasitələr daxil deyil. Azərbaycan Ordusunun potensialı məlumdur. Bizim nəyə malik olduğumuz heç kəs üçün sirr deyil. Buna görə bizim əlavə hərbi qüvvələrə ehtiyacımız yoxdur.

Azərbaycan beynəlxalq terrorizmə qarşı həmişə ardıcıl mübariz olub. Əlbəttə, hansısa terror təşkilatlarının bizim ərazimizdə yuva salmalarına, xüsusən bizim xalqımız və qonşularımız üçün təhdid mənbəyi olmalarına heç vaxt imkan verməyəcəyik. Biz buna heç vaxt imkan verməyəcəyik. Azərbaycan ərazisində indiki hərbi toqquşmalarda iştirak edən xarici silahlı dəstələrin mövcudluğu barədə heç kəs bizə heç bir sübut təqdim etməyib. Bizim rəsmi mövqeyimiz belədir ki, bizdə heç bir əcnəbi muzdlu yoxdur".

Oxunub: 14



XƏBƏR LENTİ
Rəsmi Bakıdan Qarabağdakı erməni vətəndaşlarımıza MÜRACİƏT - "...hərbi obyektlərdən kənar durmağa çağırırıq"
Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur - Birinci vitse-prezident Mehriban Əliyeva
Abdolbari Goozal iqtisadi sabotajla məşğuldur - İTTİHAM
Sahil Babayevin nəzər-diqqətinə... - GİLEY
Ağstafada icra hakimiyyəti nəyə lazımdır? - "Dəfələrlə şikayət etsəm də..."
Bakıda 38 yaşlı kişi binadan yıxılaraq ölüb
Co Bayden ABŞ-a rəqib və təhlükə hesab etdiyi ölkələrin adını çəkdi
Bakıda 129 məktəb şəhidlərimizin adını daşıyır
"Azərbaycan Ordusu 3 günə cəbhə xəttini yara bilib" - ÇOX AZ QALIB...
«RabitaBank» da çətin durumdadır... - maliyyə göstəricilərində ciddi geriləmə
Müştərilər "Express Bank"dan pullarını çəkməyə davam edir – Nə baş verir?
Azərbaycan ordusunun işğaldan azad etdiyi 154 məntəqə interaktiv xəritədə - VİDEO
Cocuq Mərcanlıda kəndarası yolların təmirinə başlanılacaq
Bakı sakinini bıçaqla qətlə yetirən şəxs yaxalandı
Dahi şair, mənzum dramaturgiyanın banisi Hüseyn Cavidin doğum günüdür
“Müharibə Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişdirəcək və Azərbaycan aparıcı rol oynayacaq” - MÜSAHİBƏ
Azərbaycanın iki böyük şirkəti ordumuza dəstək üçün birləşdi
“Qarabağın məşhur müəllimləri” - Süleyman Sani Axundov
“Qarabağ Azərbaycandır!” mövzusunda zərflər dövriyyəyə buraxılır