RegionMedia
 Valyuta məzənnəsi

Çimərliyə getmək istəyənlər bu saytda qeydiyyatdan keçəcək - Diqqət!

Tarix:3-08-2020, 14:15

Çimərliyə getmək istəyənlər bu saytda qeydiyyatdan keçəcək - Diqqət!Bakı şəhərində çimərliyə onlayn növbə tutduqdan sonra getmək mümkün olacaq.

Regionmedia.az avtosfer.az-a istinadən xəbər verir ki, onlayn növbə prosedurunu həyata keçirmək üçün “cimerlik.az” saytı hazırlanıb, yaxın vaxtlarda istifadəyə veriləcək.

Saytda Bakının Binəqədi, Qaradağ, Sabunçu, Səbail, Suraxanı və Xəzər rayonlarındakı çimərliklərin siyahısı (ümumilikdə 66 çimərlik) yerləşdirilib, həmin çimərliklərdəki yerlərin sayı qeyd olunub.

Müvafiq yer seçildikdən sonra şəxsiyyət vəsiqəsinin FİN kodu ilə qeydiyyatdan keçərək növbə tutmaq mümkün olacaq.

Domen Elektron Hökumətin İnkişaf Mərkəzinin direktor müavini Mehdi Cavadovun adına rəsmiləşdirilib.

Oxunub: 26



XƏBƏR LENTİ