RegionMedia
 Valyuta məzənnəsi

Biz güclü Lideri olan bir xalqın övladlarıyıq.

Tarix:18-05-2020, 12:53

Biz güclü Lideri olan bir xalqın övladlarıyıq.
Geniş yayılmış COVİD-19 pandemiyası ilə əlaqədar olaraq, Xüsusi karantin rejimi dövründə bəzi iş yerlərinin bağlanmasına görə ailələrdə maddi çətinliklər yaranmışdır. Hörmətli Prezidentimizin tövsiyəsi ilə bir sıra tədbirlər həyata keçirilmişdir. Onlardan biri də imkansız, az təminatlı ailələrə ərzaq bağlamalarının paylanmasıdır. Heyder Əliyev Fondunun, Nazirliklərinin, Təşkilatların, Dövlət qurumlarının və eləcə də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən az təminatlı ailələrə verilən ərzaq bağlamaları insanların məmnuniyyətinə səbəb olmuşdur. Buna misal olaraq yaşadığım binanın bir çox sakinlərinə olunan yardımdan danışa bilərəm. Şahidiyəm ki, 20 Yanvar küçəsi 40 saylı binanın 18 və digər mənzillərinə, 20 yanvar küçəsi 24 saylı binanın bir çox sakinlərinə ərzaq bağlamaları verilmişdir.
Eyni zamanda bütün xalqımızın bu çətin sınaqdan çıxmasına göstərdiyiz köməyə görə Sizə və Sizin göstərişlərinizə uyğun olaraq vətəndaşlarımızın qayğısına qalan dövlət orqanlarına sonsuz minnətdarlığımı çatdırmaq istərdim.
Arzum budur ki, Ölkəmiz bu cür sınaqlardan daim alnı açıq çıxsın. Əminəm ki, bu bəladan tez bir zamanda çox zərər çəkmədən xilas olacağıq. Çünki biz güclü Lideri olan bir xalqın övladlarıyıq.

Əhmədova Tünzalə Qara qızı.
Nəsimi ray, 20 Yanvar küç, ev 40, mənzil 85.

Oxunub: 295



XƏBƏR LENTİ