RegionMedia
 Valyuta məzənnəsi

Oreqonda koronavirusa görə fövqəladə vəziyyət elan edildi

Tarix:9-03-2020, 11:00

Oreqonda koronavirusa görə fövqəladə vəziyyət elan edildiABŞ-ın Oreqon ştatının qubernatoru Keyt Braun yeni növ koronovirusun yayılması ilə bağlı ştatda fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.

Bu barədə “Regionmedia.az” TASS-a istinadən xəbər verir. Qubernator bildirib ki, fövqəladə vəziyyətin müddəti 60 gün müəyyən edilib:

“Ancaq koronavirus təhlükəsi davam edərsə fövqəladə vəziyyət rejiminin müddəti uzadıla bilər. Sizi əmin edirəm ki, yerli hakimiyyət orqanları və dövlət rəhbərliyi böhranın öhdəsindən gəlmək üçün gecə-gündüz çalışırlar”.

Hazırda ştatda koronavirusun yeni növünə (COVID-2019) 14 yoluxma hadisəsi qeydə alınıb.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 100-dən çox ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Oxunub: 189



XƏBƏR LENTİ