RegionMedia
 Valyuta məzənnəsi

Rusiya vətəndaşını “Askar” Hotelindən döyüb qovdular

Tarix:22-12-2020, 14:00

Rusiya vətəndaşını “Askar” Hotelindən döyüb qovdular
Dekabrın 18-də Nərimanov rayonu ərazisində Fətəli xan Xoyski 121E ünvanında yeləşən “Askar” Hoteldə Rusiya Federasiyasi vətəndaşı 39 yaşlı Əliyeva Elnara Abbasovna otelin müdiri, adminstratoru və işçiləri, ümumiyyətlə 9 nəfər tərəfindən vəhşicəsinə döyülüb, əşyalarına əl qoyularaq oteldən çıxarılıb. Belə ki, otelin 401 nömrəsində qalan E. Əliyeva otel pulunun Rusiyadan kartına pulun keçiriləcəyi halda ödəyə biləcəyini əvvəlcədən deyib razılaşıb və sonuncu gün ödəsə də, otağın qapısını sındırıb onu oteldən məcbur qovublar.

Azərbaycana turistlərin cəlb olunması üçün dövlət tərəfindən hər il külli miqdarda vəsait xərclənir. Həmçinin bu gün pandemiya şəraitində otellərin zərərinin ödənilməsi, müştərilərin cəlb olunması istiqamətində görülən işlərə “Askar” Hotelinin harınlamış müdiri və işçiləri böyük zərbə vururlar.

Həmçinin, ölkəmizə gələn xarici vətəndaşların otellərdə incidilməsi siyasi cəhətdən də ölkəmizə ziyanı çoxdur. E.Əliyeva redaksiyamıza müraciət edərək aktualxeber.az saytı vasitəsilə hüquq mühafizə orqanlarından hüququnun qorunmasını istəyib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Oxunub: 29



XƏBƏR LENTİ