RegionMedia
 Valyuta məzənnəsi

2024-cü il Ümumdünya Şahmat Olimpiadasının ev sahibi məlum oldu

Tarix:7-12-2020, 10:00

2024-cü il Ümumdünya Şahmat Olimpiadasının ev sahibi məlum oldu
2024-cü il Ümumdünya Şahmat Olimpiadası Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

"Regionmedia.az"ın məlumatına görə, bununla bağlı qərarı Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyası verib.

Budapeşt Olimpiadaya ikinci dəfə ev sahibliyi edəcək. Nüfuzlu yarış Macarıstan paytaxtında ilk dəfə 1926-cı ildə təşkil olunub. Həmin vaxt qeyri-rəsmi status daşımış turnirin qalibi elə Macarıstan olub.

Ümumdünya Şahmat Olimpiadası FIDE üzvü olan yığmalar üçün keçirilən komanda yarışıdır. Turnir ilk dəfə rəsmi statusla 1927-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təşkil olunub. Olimpiada 1950-ci ildən iki ildə bir dəfə gerçəkləşir. 2016-cı il Olimpiadasına Bakı şəhəri ev sahibliyi edib. Daha sonra şahmatçılar 2018-ci ildə Gürcüstanda bir araya gəliblər.

Olimpiadanın bu il Rusiyada, 2022-ci ildə Belarusda təşkili planlaşdırılırdı. Lakin Rusiyadakı yarış koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınıb, Belarus isə turniri keçirməkdən imtina edib.
Oxunub: 80



XƏBƏR LENTİ