RegionMedia
 Valyuta məzənnəsi

Venesuela ABŞ-ın sanksiyalarına məhəl qoymadı

Tarix:27-11-2020, 15:29

[img=left]http://Regionmedia.az/uploads/posts/2020-11/1606466391_import_neft1.jpg[/img]Venesuela ABŞ-ın sanksiyalarına rəğmən, Çinə birbaşa neft tədarükünü bərpa edib.

“Reuters” bu barədə Venesuela dövlət neft və qaz şirkəti PDVSA-nın rəsmi sənədlərinə istinadən xəbər yayıb.

Agentliyin məlumatına görə, Venesuela neftini birbaşa Çinə göndərən ilk tanker avqustun sonunda Venesuelanın Xose limanına 1,8 milyon barel ağır neft yükləyərkən “Tanker Trackers” monitorinq xidməti tərəfindən aşkarlanıb.

Bildirilir ki, PDVSA-nın müştərilərindən olan Çin Milli Neft-qaz Korporasiyası və neft-qaz nəhəngi “PetroChina” 2019-cu ilin avqust ayında Venesuela limanlarında xammal yükləməyi dayandırıb. Bu, Venesuela şirkətinə qarşı ABŞ məhdudiyyətlərinin genişlənməsindən sonra baş verib.

Vaşinqton rəhbərliyinin Venesuelanın neft sektoruna tətbiq etdiyi sanksiyalar ABŞ şirkətlərinin prezident Nikolas Maduro hökuməti tərəfindən idarə olunan hər hansı bir hökumət və ya müəssisə ilə ticarət etməsini qadağan edir.

Qeyd edilir ki, ABŞ 2019-cu ilin 28 yanvarından Venesuelanın dövlət neft şirkəti PDVSA-ya qarşı sanksiyalar tətbiq edib.

Oxunub: 40



XƏBƏR LENTİ