RegionMedia
 Valyuta məzənnəsi

ABŞ-dakı Azərbaycan diaspor təşkilatları erməni təcavüzünə etiraz edib

Tarix:15-10-2020, 11:31

ABŞ-dakı Azərbaycan diaspor təşkilatları erməni təcavüzünə etiraz edibABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları paytaxt Vaşinqton şəhərində, Ağ Evin qarşısında kütləvi etiraz aksiyası keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Regionmedia.az”a verilən məlumata görə, tədbirdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini - Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, Gəncə və Mingəçevir şəhərlərini, digər əraziləri artilleriya və raket atəşinə tutması nəticəsində dinc əhali arasında tələfatın baş verməsi, mülki şəxslərin və günahsız körpələrin həlak olması, yaşayış evləri və mülki obyektlərin dağıdılması qəti şəkildə pislənilib.
Soydaşlarımız hərbi əməliyyatlar bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrini atəşə tutan Ermənistanın faşist siyasətini və təcavüzkar mahiyyətini pisləyib, beynəlxalq ictimaiyyətin diqqətini bu vandalizm aktlarına yönəldiblər. Etiraz tədbirində Azərbaycan Nyu York Assosiasiyası, Amerika Azərbaycan Qadınlar Assosiasiyası və digər dispor təşkilatlarını təmsil edən yüzlərlə soydaşımız iştirak edib. Tədbirə ABŞ-dakı türk icmasından da dəstək gəlib.
Aksiyada Azərbaycanın Dövlət Himni və vətənpərvərlik mahnıları səsləndirilib.

Oxunub: 19



XƏBƏR LENTİ
Rəsmi Bakıdan Qarabağdakı erməni vətəndaşlarımıza MÜRACİƏT - "...hərbi obyektlərdən kənar durmağa çağırırıq"
Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur - Birinci vitse-prezident Mehriban Əliyeva
Abdolbari Goozal iqtisadi sabotajla məşğuldur - İTTİHAM
Sahil Babayevin nəzər-diqqətinə... - GİLEY
Ağstafada icra hakimiyyəti nəyə lazımdır? - "Dəfələrlə şikayət etsəm də..."
Bakıda 38 yaşlı kişi binadan yıxılaraq ölüb
Co Bayden ABŞ-a rəqib və təhlükə hesab etdiyi ölkələrin adını çəkdi
Bakıda 129 məktəb şəhidlərimizin adını daşıyır
"Azərbaycan Ordusu 3 günə cəbhə xəttini yara bilib" - ÇOX AZ QALIB...
«RabitaBank» da çətin durumdadır... - maliyyə göstəricilərində ciddi geriləmə
Müştərilər "Express Bank"dan pullarını çəkməyə davam edir – Nə baş verir?
Azərbaycan ordusunun işğaldan azad etdiyi 154 məntəqə interaktiv xəritədə - VİDEO
Cocuq Mərcanlıda kəndarası yolların təmirinə başlanılacaq
Bakı sakinini bıçaqla qətlə yetirən şəxs yaxalandı
Dahi şair, mənzum dramaturgiyanın banisi Hüseyn Cavidin doğum günüdür
“Müharibə Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişdirəcək və Azərbaycan aparıcı rol oynayacaq” - MÜSAHİBƏ
Azərbaycanın iki böyük şirkəti ordumuza dəstək üçün birləşdi
“Qarabağın məşhur müəllimləri” - Süleyman Sani Axundov
“Qarabağ Azərbaycandır!” mövzusunda zərflər dövriyyəyə buraxılır