RegionMedia
 Valyuta məzənnəsi

Corc Floydun öldürüldüyü şəhərdə fövqəladə vəziyyət ləğv edildi

Tarix:13-06-2020, 10:59

Corc Floydun öldürüldüyü şəhərdə fövqəladə vəziyyət ləğv edildiABŞ-ın Minnesota ştatının Minneapolis Şəhər Şurası yekdilliklə kütləvi qarışıqlıqlarla əlaqədar elan edilmiş fövqəladə vəziyyət rejiminin ləğvinə səs verib.

"Regionmedia.az" RİA "Novosti"yə istinadən məlumatına görə, bu barədə şuranın saytında deyilir.

Minneapolisdə və bir sıra başqa şəhərlərdə qarışıqlıqlar iki həftə əvvəl polis tərəfindən afroamerikalı Corc Floydun öldürülməsindən sonra başlayıb. Mayın 25-də şəhərdə polis əməkdaşları afroamerikalı Corc Floydu saxlayıblar. Saxlanılma zamanı polis əməkdaşı dizi ilə onun boynunu sıxıb. Floyd boğulduğunu desə də, asayiş keşikçiləri buna məhəl qoymayıblar. Nəticədə afroamerikalının səhhəti pisləşib. O, yerləşdirildiyi xəstəxananın reanimasiya şöbəsində ölüb.

Corc Floyd Texas ştatının Hyuston şəhərində dəfn edilib.

Bu, ABŞ-da kütləvi etirazlara və qarışıqlıqlara səbəb olub. Hadisə ilə əlaqədar bir neçə polis əməkdaşı işdən çıxarılıb.

Baş verənlərlə bağlı Minneapolisdə və digər şəhərlərdə fövqəladə vəziyyət rejimi elan edilib.

Oxunub: 165



XƏBƏR LENTİ