RegionMedia
 Valyuta məzənnəsi

Madonna da koronavirusa yoluxubmuş

Tarix:8-05-2020, 14:15

Madonna da koronavirusa yoluxubmuş
61 yaşlı amerikalı müğənni Madonna "Madame X Tour" dünya turu çərçivəsində keçirilən konsertlərini martın 10-da ləğv etmişdi.

Regionmedia.az xəbər verir ki, ifaçı İnstaqram səhifəsində Parisdəki konsertindən sonra koronavirusa yoluxduğu açıqlayıb.

COVİD-19 testindən keçən Madonnanın analiz cavabları müsbət nəticə verib.

Hazırda infeksiyaya qalib gəldiyini bildirən müğənni koronavirusdan əziyyət çəkən xəstələrə qan verərək kömək edə biləcəyinə görə xoşbəxt olduğunu da bildirib.

Oxunub: 197



XƏBƏR LENTİ