RegionMedia
 Valyuta məzənnəsi

Madonnanın 3 yaxını eyni gündə öldü - Koronavirusa görə

Tarix:12-04-2020, 16:59

Madonnanın 3 yaxını eyni gündə öldü - Koronavirusa görə

Məşhur amerikalı müğənni Madonnaya 1 gün ərzində 3 itki üz verib.

Regionmedia.az xəbər verir ki, 61 yaşlı ifaçı İnstaqram səhifəsində ona yaxın olan şəxslərin koronavirusdan dünyasını dəyişdiyini bildirib:

“Son 24 saat ərzində mənim əmim oğlu, cangüdənimin qardaşı və mahnılarımı remiks edən Orlando Puerto COVİD-19 virusundan vəfat edib. Onları bir gün içində itirdim. Bu, mənim əhval-ruhiyyəmə pis təsir etdi”.

Qeyd edək ki, Madonna koronavirusla mübarizəyə 1 milyon dollar pul bağışlayıb.

Oxunub: 202



XƏBƏR LENTİ