RegionMedia
 Valyuta məzənnəsi

Rəşad Sadıqov: "Uzaqdan qol hər şeyi həll etdi"

Tarix:19-10-2020, 13:00

Rəşad Sadıqov: "Uzaqdan qol hər şeyi həll etdi""Dövlətimizi, ordumuzu cəbhədəki qələbələr münasibətilə təbrik edirəm. Gəncədə və cəbhədə həyatını itirənlərin ailələrinə başsağlğı verirəm".

"Regionmedia.az"in məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis komandasının oyunundan razılıq ifadə edib: "İkinci hissə komandamın üstünlüyü ilə keçdi. Meydanda görmək istədiklərimi gördüm. İmkanlarımızdan yararlana bilmədik, uzaqdan qol hər şeyi həll etdi".

Sadıqov Ağabala Ramazanovun meydanda az olmasının səbəbini də açıqlayıb: "Ağabala aparıcı oyunçularımızdandır. Amma uzunmüddətli zədədən yeni qayıdıb. Həkimlərlə məsləhətləşdikdən sonra 25 dəqiqə meydanda olmasını uyğun saydıq. Çıxışı bizi qane etdi".

Oxunub: 21



XƏBƏR LENTİ