RegionMedia
 Valyuta məzənnəsi

Cəbhəyanı ərazilərdə top mərmiləri, raketin döyüş başlığı aşkarlandı

Tarix:15-10-2020, 09:58

Cəbhəyanı ərazilərdə top mərmiləri, raketin döyüş başlığı aşkarlandıAzərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Şəmkir, Tovuz, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 33 müraciət daxil olub.

ANAMA-dan "Regionmedia.az"a verilən məlumata görə, daxil olmuş çağırışlar əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Evoğlu, Şükürağalı kəndləri və Quzanlı qəsəbəsi, Ağcabədi rayonunun Hacılar, Qaraxanlı, Yuxarı Qiyaməddinli, Orta Qərvənd kəndləri və Hindarx qəsəbəsi, Bərdə rayonunun Şatırlı kəndi, Füzuli rayonunun Əhmədalılar kəndi, Goranboy rayonunun Şahməmmədli, Səfikürd, Qızılhacılı, Meşəli və Tapqaraqoyunlu kəndləri, Şəmkir rayonunun Dəllər-Daşbulaq kəndi, Tovuz rayonunun Azaflı kəndi, Tərtər rayonunun Düyərli, Güləbatlı, Əskipara kəndləri və Narlıq qəsəbəsi, Gəncə şəhərinin Kəpəz rayonu ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 16 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1), 1 ədəd 9M33 raketinin döyüş başlığı (boş), 2 ədəd dron və 13 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd 122 mm-lik top mərmisi (OF-56-1), 3 ədəd 152 mm-lik top mərmisi (2 ədəd OF-29 və 1 ədəd OF-45) və 2 ədəd dronu partlayış yolu ilə mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 1 805 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Oxunub: 20



XƏBƏR LENTİ
Rəsmi Bakıdan Qarabağdakı erməni vətəndaşlarımıza MÜRACİƏT - "...hərbi obyektlərdən kənar durmağa çağırırıq"
Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur - Birinci vitse-prezident Mehriban Əliyeva
Abdolbari Goozal iqtisadi sabotajla məşğuldur - İTTİHAM
Sahil Babayevin nəzər-diqqətinə... - GİLEY
Ağstafada icra hakimiyyəti nəyə lazımdır? - "Dəfələrlə şikayət etsəm də..."
Bakıda 38 yaşlı kişi binadan yıxılaraq ölüb
Co Bayden ABŞ-a rəqib və təhlükə hesab etdiyi ölkələrin adını çəkdi
Bakıda 129 məktəb şəhidlərimizin adını daşıyır
"Azərbaycan Ordusu 3 günə cəbhə xəttini yara bilib" - ÇOX AZ QALIB...
«RabitaBank» da çətin durumdadır... - maliyyə göstəricilərində ciddi geriləmə
Müştərilər "Express Bank"dan pullarını çəkməyə davam edir – Nə baş verir?
Azərbaycan ordusunun işğaldan azad etdiyi 154 məntəqə interaktiv xəritədə - VİDEO
Cocuq Mərcanlıda kəndarası yolların təmirinə başlanılacaq
Bakı sakinini bıçaqla qətlə yetirən şəxs yaxalandı
Dahi şair, mənzum dramaturgiyanın banisi Hüseyn Cavidin doğum günüdür
“Müharibə Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişdirəcək və Azərbaycan aparıcı rol oynayacaq” - MÜSAHİBƏ
Azərbaycanın iki böyük şirkəti ordumuza dəstək üçün birləşdi
“Qarabağın məşhur müəllimləri” - Süleyman Sani Axundov
“Qarabağ Azərbaycandır!” mövzusunda zərflər dövriyyəyə buraxılır