RegionMedia
 Valyuta məzənnəsi

Salyanda avtomobil qadını vuraraq xəsarət yetirib

Tarix:23-09-2020, 15:15

Salyanda avtomobil qadını vuraraq xəsarət yetiribSalyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Regionmedia.az”in Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Ərəbqardaşbəyli kəndində baş verib.

Salyan şəhəri 20 Yanvar küçəsində yaşayan 1974-cü il təvəllüdlü Babayeva Sahilə Şaban qızı yolda dayanan zaman onu “Jiquli” markalı avtomobil vurub. Nəticədə qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 23



XƏBƏR LENTİ