RegionMedia
 Valyuta məzənnəsi

Ağsuda 5 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Tarix:15-04-2020, 12:38

Ağsuda 5 yaşlı uşağı avtomobil vuraraq öldürübAğsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Regionmedia.az”in Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün axşam saat 19:30 radələrində rayonun Cəlayır kəndində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı minik avtomobili hərəkətdə olarkən qəflətən qaçaraq yola çıxan 2015-ci il təvəllüdlü Əsədova Gülər İxtiyar qızını vurub.

Uşaq aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib. Məlumata görə, hadisə zamanı uşağın anası yol kənarındakı əkin sahəsində olub.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxunub: 57



XƏBƏR LENTİ